525.Az

Küveytdəki səfirliyimizdə Heydər Əliyevin xatirəsi anılıb


 

Küveytdəki səfirliyimizdə Heydər Əliyevin xatirəsi anılıb<b style="color:red"></b>

Bu gün Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyində ulu öndər Heydər Əliyevin vəfatının doqquzuncu ildönümü münasibətilə tədbir keçirilib.

525.az-a səfirlikdən verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları ilə yanaşı, Küveytdə yaşayan, işləyən həmvətənlərimiz, habelə Küveytin tanınmış ictimai xadimləri və qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir T.Rzayev ümummilli liderin keşməkeşli həyat və fəaliyyətindən danışıb, Azərbaycan xalqına və dövlətinə göstərdiyi misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra tədbir iştirakçıları ulu öndərin həyat və fəaliyyətinə aid film seyr edib, ümummilli Liderimizin fotolarından və kitablarından ibarət sərgi ilə tanış olublar.

Tədbirdə ulu öndər Heydər Əliyevin ruhu bir dəqiqəlik sükutla yad edilib, ruhuna dualar oxunub.

 





12.12.2012    çap et  çap et