525.Az

Vətən - (şeir)


 

Vətən - <b style="color:red">(şeir)</b>

Vətəndir insanın gözünün nuru,
Sən onu hər zaman canıntək qoru!
Böyükdən-kiçiyə hamı ürəkdən
Gərək anamızdır, söyləsin, VƏTƏN.

Vətənin layiqli övladı olaq,
Yurdsuzun pis gündə göz yaşına bax!
Ata nəsihəti eşitsən əgər,
Ömür - gün fərəhlə, sevinclə ötər.

Elinə, obana dayağ olmasan,
Tək-tənha yaşamaq deyildir asan.
Vətəndə  özünə yurd qur, yuva qur,
Ömrünü kişitək yaşa, başa  vur!

Miriqbal NURİ
Cəlilabad

 





19.05.2015    çap et  çap et