525.Az

Qəbul imtahanının nəticələri açıqlanıb


 

Qəbul imtahanının nəticələri açıqlanıb<b style="color:red"></b> Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə mayın 17-də keçirilmiş imtahanın nəticələrini elan edib.
 
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış olmaq olar.
 
Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 16071 abituriyentdən 1010 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 15061 abituriyentdən 35 nəfəri imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. TQDK-nın internet saytında imtahanda iştirak edən 15026 abituriyentin imtahan nəticələri yerləşdirilib.
 
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 30-dan avqustun 11-dək aparılacaq.
 





19.05.2015    çap et  çap et