525.Az

Yanan binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verilib


 

Yanan binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verilib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib.
 
Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən APA-ya verilən məlumata görə, 40 ailə onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşib.
 
Kompensasiya verilən 9 ailə pansionatda yerləşmək istəyib. Bu ailələrdən 7-si dünən Goradildə (Sərhədçilər pansionatı) və Buzovnada yerləşən pansionatlarda yerləşdirilib. 2 ailə isə bu gün pansionata köçürüləcək.
 





20.05.2015    çap et  çap et