525.Az

"İnşaatçılar" metrostansiyasındakı eskalatorun təmiri başa çatıb


 

"İnşaatçılar" metrostansiyasındakı eskalatorun təmiri başa çatıb<b style="color:red"></b> “Bakı Metropoliteni”nin "İnşaatçılar" stansiyasının birinci çıxışında (ATS tərəfdən) 3 saylı eskalatorun əsaslı təmiri başa çatıb.
 
“Bakı Metropoliteni” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq bu gündən eskalator sərnişinlərin istifadəsinə verilib.
 
Qeyd edək ki, eskalatorun təmirinə bu il fevralın 24-də başlanılıb və 22 may tarixində başa çatdırılmalı idi.
 





20.05.2015    çap et  çap et