525.Az

Dizayn, yoxsa təsadüf?


 

Dizayn,  yoxsa təsadüf?<b style="color:red"></b>

Savalan Məmmədli

Ətraf aləmi səmimi və vicdanlı bir şəkildə araşdırdığımız zaman əslində hər şeyin çox möcüzəvi xüsusiyyətlərə sahib olduğunu müşahidə edə bilərik. Həyatı təmin edən bütün amillərin əslində bir–biri ilə çox sıx  əlaqədə olduğu və böyük bir dizaynın parçası olduğu çox açıqdır. Bəs, insanlar kainatdakı möhtəşəm dizaynın və vəhdətin nə qədər fərqindədirlər? Çox az. Əslində cəmiyyətdəki zəif inkişafın və bir çox problemlərin də səbəbi bu amildir. Yəni insanlar kainatın bir xaos içində olduğunu və hər şeyin təsadüfi proseslərə bağlı olduğunu düşündükləri üçün daim hər tərəfdən gələ biləcək təsadüfi təhlükələrin qorxusu içində yaşayırlar. Halbuki, geniş şəkildə araşdırdığımız zaman kainata təsadüflərin deyil, çox üstün bir ağlın hakim olduğunu görürük. Kainatdakı əsrarəngiz uyğunluğun  örnəklərini  hər yerdə müşahidə etmək mümkündür. Və insanın özü də əslində çox möcüzəvi xüsusiyyətlərə malik bir canlıdır.  

İnsan orqanizmi öz-özlüyündə bir "aləm"dir, yaşayan "maşın" kimidir. Bu maşının içində üstün texnologiyaya malik cihazlar, şüur nümayiş etdirən ixtisaslaşmış işçilər, tam təchizatlı əsgərlər və bir çox sistem mövcuddur. Misal üçün beyini kompyuterlə müqayisə edə bilərik. Sinir hüceyrələrinin hər biri məlumatın ötürülməsi üçün xüsusi vahidlərə sahibdir. Beyin böyük kompyuterdəki mikrosistemin məlumat kitabçasını təmin edən 4.5 milyon tranzistorun işini təkbaşına yerinə yetirir. Bu rəqəm beyində elektrik alış-verişi edən 10 milyard sinir hüceyrəsi ilə müqayisə edildikdə, çox kiçik görünür. Üstəlik, beyinin dad və qoxu siqnallarını qəbul etmə mexanizminə bənzər bir sənaye məhsulu da mövcud deyil. Və yaxud sümük və əzələləri kondisionerlə müqayisə edək. Əzələlərin hərəkəti soyuq havalarda bədən temperaturunun artmasını təmin edir. Bu yolla bədən temperaturunun 90 faizi təmin edilir. Tərləmə isə bədən temperaturunun artdığı vəziyyətlərdə ideal bir sərinləmə mexanizmidir. Bir-birini tarazlayan bu iki sistem bədən temperaturunu sabit saxlamaq üçün fəaliyyət göstərir. Bu sistem hər hansı bir kondisionerdən daha sürətli işləyir və daha konkret nəticə əldə edir. Hormonları isə  böyük bir poçt şəbəkəsi ilə qarşılaşdıra bilərik. Bədəndə hər şey bir-biri ilə əlaqəlidir. Bir çox mesaj böyük molekullardan təşkil olunmuş hormonlardan meydana gəlir. Hormonların daşıdığı mesaj paketinin üstündə alıcının ünvanı yoxdur. Hormonlar dövran sistemi və neyronlar dağınıq halda gəzirlər. Ancaq paket yenə də yerinə çatır. Çünki faylı alan orqanlar bu mesajları tutan xüsusi reseptorlarla təchiz edilib. Böyrəklərimizi də ən inkişaf etmiş  süzmə aparatları ilə müqayisə edə bilərik. Nefron adlanan bir milyona qədər mini filtr sayəsində insan böyrəyi gündə 140 lt. qan süzür. Dəqiqədə isə təxminən 1 dlt. (bir litrin onda biri) qan 80 il ərzində heç dayanmadan bu süzmə əməliyyatından keçir. Sənaye tullantıları üçün istifadə edilən təsisatlar böyrəklərdən daha böyükdürlər. Ancaq ömürləri böyrəklərlə müqayisə edilməyəcək qədər qısadır. Üstəlik filtrdən keçirdikləri maddələrin quruluşu qandan daha sadədir. Böyrək hər cür süzmə aparatından daha kompleks və məhsuldardır.

İnsan orqanlarının XXI əsrdə əldə edə bildiyimiz və çox yüksək texnologiyaların funksiyonallığından daha yüksək texnoloji və səmərəli iş qabiliyyətinə sahib olmağı bu texnologiyaların təsadüf əsəri ola bilməyəcəyi kimi,  insanın da təsadüfi bir varlıq olmadığnın isbatıdır. Məqalənin  əvvəlində də vurğuladığım kimi, həqiqətən də bu örnəklər üzərində səmimi və vicdanlı  şəkildə düşünən hər bir insan,  kainatda  kor – koranə təsadüflərin deyil, ağıllı bir dizaynın olduğunun şahidi olar.

 





12.12.2012    çap et  çap et