525.Az

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb


 

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı uzadılıb<b style="color:red"></b> Tam (11- illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) ərizə qəbulunun vaxtı uzadılıb.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, tam (11-illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisasları (xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla) üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün ərizə qəbulu 20 may saat 11:00-dan 31 may saat 23:59-a dək davam etdiriləcək.
 
Ali təhsil müəssisələrinin I, II, III və IV ixtisas qruplarının hər hansı biri üzrə ərizəsinin təsdiqini təmin etmiş orta ümumtəhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlər və  Azərbaycanın orta ümumtəhsil müəssisələrini 2015-ci ildə bitirən abituriyentlər həmin vaxta kimi elektron ərizələrini təsdiq edə bilərlər.
 





20.05.2015    çap et  çap et