525.Az

Avropa Oyunları üçün çəkilən xüsusi zolaqlarla bağlı açıqlama


 

Avropa Oyunları üçün çəkilən xüsusi zolaqlarla bağlı açıqlama<b style="color:red"></b> I Avropa Oyunları ilə əlaqədar Bakı şəhərinin bəzi yollarındakı çəkilən xüsusi nəqliyyat zolaqlarının bir qismindən beynəlxalq yarış başa çatandan sonra ictimai nəqliyyatın işində  istifadə olunması nəzərdə tutulur.
 
“APA-Economics”in məlumatına görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
 
İctimai nəqliyyatdan gündəlik orta hesabla 1,5 mln. vətəndaşın istifadə etdiyini deyən nazir müavini ictimai nəqliyyatın hərəkətində I Avropa Oyunları üçün ayrılmış zolaqlardan istifadənin xüsusi əhəmiyyəti olduğunu deyib:
 
“Avropa Oyunları üçün xüsusi nəqliyyat zolaqlarının bir hissəsini ictimai nəqliyyat üçün saxlayacağıq. Bu zolaqlardan bəzilərinin istiqamətini dəyişə bilərik. Çünki, bu zolaqlar üzrə Avropa Oyunları zamanı dayanacaqdan istifadə etməyən avtobuslar hərəkət edəcək. Ona görə bu zolaqlar yolun orta oxuna yaxın yerləşdirilib. Dayanacaqlara yaxın hərəkət edən avtobuslar üçün zolaqlar sağ oxa doğru dəyişdiriləcək”.
 
Nazir müavini yanğınsöndürən, təcili tibbi yardım və digər xüsusi nəqliyyat vasitələrinin hərəkəti üçün ayrıca zolağın salınması məsələsinə də münasibət bildirib:
 
“Nəqliyyat vasitəsinin sahibləri, sürücülər xüsusi texnikanın rahat hərəkət etməsinə şərait yaratmalıdır.

Xarici ölkələrdə sürücülər belə nəqliyyat vasitələrinə şərait yaradır. Amma bizdə geniş yolda da xüsusi nəqliyyat vasitələri  ilişib qalır. Xüsusi texnikanın hərəkəti üçün  bu zolaqlardan da istifadə edə bilərik”.
 





20.05.2015    çap et  çap et