525.Az

Türkmənistan prezidenti həbsdə olan 4 Azərbaycan vətəndaşını əfv etdi


 

Türkmənistan prezidenti həbsdə olan 4 Azərbaycan vətəndaşını əfv etdi<b style="color:red"></b> Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov “Uran” gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Türkmənistan XİN bununla bağlı Azərbaycanın Aşqabaddakı səfirliyinə müvafiq nota təqdim edib.

Əfv olunan Azərbaycan vətəndaşları Ağacanov Nizami İsmayıl oğlu, Əliyev Kənan Əliheydər oğlu, Nağıyev Kamran Ayaz oğlu və Nağıyev İsrafil Məmmədhüseyn oğludur.

Xatırladaq ki, heyətində 4 Azərbaycan vətəndaşı olan “Uran” gəmisi oktyabrın 21-də balıq ovlayan zaman Türkmənistan sərhədçiləri tərəfindən saxlanıb. Azərbaycan XİN vətəndaşlarımızın azad edilməsi tələbi ilə Türkmənistana nota göndərib
 





12.12.2012    çap et  çap et