525.Az

Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə salıb


 

Heydər Əliyev Mərkəzi konsert proqramlarını təxirə salıb<b style="color:red"></b>

Bakı şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş hadisə ilə əlaqədar Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konsert və əyləncəli proqramlar mayın 28-dək təxirə salınıb.

Mərkəzdən APA-ya verilən xəbərə görə, Muğam Televiziya Müsabiqəsinin final mərhələsinə həsr olunan konsert mayın 29-da keçiriləcək.
 
Əməkdar artist Tünzalə Ağayevanın mayın 22-23-də Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan konserti isə mayın 31-də və iyunun 1-də baş tutacaq. İndiyədək konsertə alınmış biletlər etibarlı sayılır. Mayın 22-si üçün alınmış biletlər mayın 31-i, mayın 23-ü  üçün alınmış biletlər isə iyunun 1-də qüvvədədir.

 





20.05.2015    çap et  çap et