525.Az

Lənkəranda 2 yaşlı uşaq 11 aylıq bacısının ölümünə səbəb oldu


 

Lənkəranda 2 yaşlı uşaq 11 aylıq bacısının ölümünə səbəb oldu<b style="color:red"></b> Azərbaycanın Lənkəran rayonunda on bir aylıq körpə bədbəxt hadisənin qurbanı olub.

Bu barədə APA-nın Cənub bürosuna Lənkəran Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə dekabrın 12-də saat 17.00 radələrində rayonun Şıxəkəran kəndində qeydə alınıb. Belə ki, kənd sakini Anar Seydəmir oğlu Məmmədovun nəzarətsiz buraxılan 2 yaşlı qızı Xədicə oyuncaq boyunbağını 11 aylıq bacısı Mirhədiyyə Məmmədzadənin boynuna keçirib. Nəticədə isə boyunbağı körpənin boynunda sıxılaraq onu boğub.
 
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
 





13.12.2012    çap et  çap et