525.Az

Qırğızıstan Avrasiya İttifaqına qoşulur


 

Qırğızıstan Avrasiya İttifaqına qoşulur<b style="color:red"></b>

Qırğızıstan prezidenti Almazbek Atambayev ölkəsinin Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair beynəlxalq müqavilələrin ratifikasiyası haqqında qanunu imzalayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, sənəddə Qırğızıstanın təşkilata qoşulması şərtləri, müqavilənin qüvvəyə minməsi qaydaları, habelə iki protokol yer alıb.
 
Qırğızıstanın Avrasiya İttifaqına faktiki qoşulması quruma daxil olan ölkələrdə müvafiq sənədlərin ratifikasiyası ilə bağlı prosedurlar yekunlaşdıqdan sonra baş verəcək.
 
Xatırladaq ki, Qırğızıstanın Avrasiya İttifaqına qəbulu haqqında saziş ötən ilin dekabrında imzalanıb.

 





21.05.2015    çap et  çap et