525.Az

Tərtərdə məktəb yandı


 

Tərtərdə məktəb yandı <b style="color:red"></b>

Tərtər rayonu, Xoruzlu kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 1000 kv.m olan ikimərtəbəli kənd orta məktəbinin 2-ci mərtəbəsində sinif otağının döşəməsi 1 kv.m sahədə yanıb. 

525.az-ın FHN-in saytına istinadən məlumatına görə, məktəbin binası yanğından mühafizə olunub. Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, yanğına odun sobasının həddən artıq qızması səbəb olub;

 





13.12.2012    çap et  çap et