525.Az

"Google"da ən çox nə axtarılır?


 

"Google"da ən çox nə axtarılır?<b style="color:red"></b>

"Google" bu il ən çox axtarılan trendlərin siyahısını açıqlayıb.
 
"Zeitgeist" ("Çaytqayst") adlı siyahının 2012-ci il üçün nəticələri il ərzində 50-dən çox ölkədə "Google"da ən çox hansı məşhurların, hadisələrin, sözlərin, başlıqların axtarıldığını göstərir.

Milyardlarla "Google" axtarışı arasında edilən təhlil əsasında bu il 1 nömrəli trend axtarış fevralda qəfil ölümü ilə gündəmə gələn Uitni Hyuston olub.

Trendlər siyahısında 2-ci yeri cənubi koreyalı reper PSY-ın "Gangnam style" klipi, 3-cü yeri isə "Sendi" qasırğası tutub.

İlin trendləri siyahısında sonrakı pillələrdə iPad 3, "Diablo 3", Keyt Midlton, Olimpiya oyunları 2012, Amanda Todd, Maykl Klark Dunkan və BBB12 axtarışları qərarlaşıb.

"Google"da ən çox axtarılan turist zonaları arasında bu il Türkiyənin Antalya, Bodrum, Alanya kimi məntəqələri Paris, Misir, Maldiv adaları, Madrid kimi şəhərlərdən önə keçib.

Siyasətçilərdən isə bu il "Google" istifadəçilərini ən çox Barak Obama və Mit Romni maraqlandırıblar.

Bu il ən çox axtarılan televiziya serialları arasında Türkiyə istehsalı olan "Muhteşem Yüzyıl" da yer alıb.

anspress

 





13.12.2012    çap et  çap et