525.Az

"Minsk qrupu bitərəf deyil"


 

"Minsk qrupu bitərəf deyil"<b style="color:red"></b>

“ATƏT-in Minsk qrupunun həmsədr ölkələri özlərini bitərəf kimi göstərməyə çalışsalar da, faktiki olaraq tərəf tuturlar”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin birinci vitse-spikeri, Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın Fransaya səfərinə və orada qarşılanmasına münasibət bildirərkən deyib.
 
"Əgər qondarma bir qurumun rəhbəri Fransaya səfər edirsə və orada qəbul olunursa, sonradan nə qədər bəyanat versələr ki, bu, rəsmi səfər deyil, rəsmi səfər kimi qəbul olunmur, fakt odur ki, o orada rəsmən qəbul olunub. Fransa rəsmilərinin bundan çox yaxşı məlumatları da olub. Nə üçün belə səfərlər təşkil olunur? Nə üçün belə təxribata yol verilir?

Deməli nə qədər bitərəf olduqlarını desələr də, ikili standartlar, tərəfli mövqe tutmaq ortadadır və beynəlxalq hüququn prinsipləri kobud şəkildə pozulur”, - deyə o vurğulayıb.
 
Z. Əsgərov qeyd edib ki, bu səfər Fransanın tərəfsiz missiya həyata keçirmək prinsipinə kölgə salıb.

 





22.05.2015    çap et  çap et