525.Az

Parlamentdə dava (VİDEO)


 

Parlamentdə dava <b style="color:red">(VİDEO)</b>

Yeni seçilmiş Ukrayna paralmenti ilk iclası etiraz və millət vəkilləri arasında yumruq davası ilə başlayıb.

Gərginliyi yaradanlar, həbsdə olan sabiq baş nazir Yuliya Timoşenkonun tərəfdarları olub. Millət vəkilləri üzərində Yuliya Timoşenkonun şəkli həkk olunmuş və “Siyasi məhbuslara azadlıq” yazılmış qara köynəklərdə parlament zalına daxil olublar. Sesiyanın başlamasına bir neçə dəqiqə qalmış müxalif deputatlarla, partiya sıralarını tərk edərək prezident Yanukoviçin partiyasına keçmiş 2 millət vəkili arasında əlbəyaxa qarşıdurma yaranıb.

“Ata vətən” partiyası üzvləri həmin deputatları satqınlıqda ittiham edib. Nəticədə iqtidara satılmaqda təqsirləndirilən 2 deputat Oleksandr Tabalov və onun oğlu Andrey Tabalov, müxalifətçilərlə qarşıdurma zamanı sıxışdırılaraq iclas zalından çıxarılıb. Nəticədə eyni ailəni təmsil edən millət vəkilləri ilk sesiyada deputatlıq andını içə bilməyiblər. Həmin deputatlar and içmədə iştirak etmədiyi üçün, müxalifət onların rəsmi olaraq deputat sayılmadığını israr edir.

Toqquşmalar gedən vaxtı zalda olan müxalifət liderlərindən biri ağır boks üzrə dünya çempionu və “Udar” partiyasının lideri Vitali Kliçko isə məsələyə müdaxilə etməyərək, hər şeyi kənardan sakitcə izləməklə kifayətlənib.

 





13.12.2012    çap et  çap et