525.Az

Təhsil müəssisələrinin təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə işçi qrup yaradılıb


 

Təhsil müəssisələrinin təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə işçi qrup yaradılıb<b style="color:red"></b> Təhsil müəssisələrində tərbiyə alanların, şagird və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə milli standart layihəsinin hazırlanması üçün işçi qrup yaradılıb.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədilə işçi qrupun yaradılması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Əmr imzalanıb.

Əmrə əsasən işçi qrupa 1 ay ərzində təhsil müəssisələrində tərbiyə alanların, şagirdlərin və tələbələrin sağlam, keyfiyyətli və təhlükəsiz qida ilə təmin edilməsi məqsədi ilə milli standart layihəsinin hazırlanmasını təmin etmək və təsdiq edilməsi üçün təqdim etmək tapşırılıb. 

İşçi qrupa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mütəxəssisləri daxil edilıb.
 





13.12.2012    çap et  çap et