525.Az

Bakıda qəribə oğurluq


 

Bakıda qəribə oğurluq<b style="color:red"></b>

Dekabrın 13-nə keçən gecə Bakı şəhərinin Xətai rayonu ərazisində oğurluq hadisəsi baş verib.

34-cü Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, rayon sakini Ceyhun Mahmudov evindən xeyli miqdarda qızıl, pul və sənəd oğurlandığını bildirib. C.Mahmudov şikayət ərizəsində qeyd edib ki, səhər yuxudan qalxanda yataq otağındakı şkafın üstündəki mücrüdən 5 min manat dəyərində qızılın, çoxlu sənədlərin, “Hyundai İX35” markalı avtomobilin açarlarının götürüldüyünü görüb. Həmin vaxt C.Mahmudov yataq otağında yatsa da, oğrunun evə necə soxulmasından, əməlini həyata keçirməsindən xəbəri olmayıb.

Qeyd edək ki, oğurluq 16 mərtəbəli binanın 3-cü mərtəbəsində baş verib. Hazırda polis hadisəni törətmiş şəxs və ya şəxslərin yaxalanaraq istintaqa təhvil verilməsi istiqamətində iş aparır.

 





13.12.2012    çap et  çap et