525.Az

“200 manat cərimə nə deməkdir, sərxoş sürücü bu cəriməni ödəmək imkanındadır...”


 

“200 manat cərimə nə deməkdir, sərxoş sürücü bu cəriməni ödəmək imkanındadır...”<b style="color:red"></b>

“2007-ci ildə ölkə Prezidenti İlham Əliyevin təklifi ilə İnzibati Xətalar Məcəlləsinə 296-1-cı maddəsi əlavə olundu ki,  bu da avtoxlüqanlıqla bağlı idi. Həmin vaxtdan Cinayət Məcəlləsində bir boşluq əmələ gəlib və həmin boşluğu doldurmaq üçün belə bir qanun layihəsinin hazırlanması zərurəti yarandı”.

525.az-ın məlumatına görə, bunu mətbuata açıqlamasında  millət vəkili Rafael Cəbrayılov dilə gətirib.

Onun dediyinə görə, məhz bu məqsədlə  təklif edib ki, bu adda Cinayət Məcəllsəsinə maddə əlavə olunmalıdır: “Misal üçün, bir intizamlı sürücü işə çatmaq üçün tələsir. Bu halda maşının sürətini artırması kimisə vurub öldürməsi ilə nəticəlnir. İkinci hala diqqət yetirək. Bir avtoxlüqan vurub kimisə öldürür. Hər ikisinə 263-cü maddə tətbiq olunur. Bu, düzgün deyil.Subyekt arasında fərqin qoyulması mütləqdir. Yaxın zamanlarda təklif olunan layihə müzakirəyə çıxarılacaq. Burda söhbət gedir ki, cəza həm sərtləşdirilsin, həm də subyektə görə yeni maddə daxil olunsun. 

Burada vətəndaşların məsuliyyətinin də önəmli olub-olmamasına gəlincə, millət vəkilinin qeyd etdiyinə görə, qanunvericilikdə belədir ki, yol hərəkət qaydalarının pozulmasına kim səbəb olur:“ Piyadalar çox zaman keçidlərdən istifadə etmək istəmir.
Bu kimi hallar qəzaya, ən əsası ölüm hadisəsinə səbəb olur. Bu halda piyada günahkar olduğu üçün vuran məsuliyyətdən azad olur. Təqdim olunan layihələrdən biri də sərxoşluqla bağlıdır. Dünyanın hər yerində sərxoş vəziyyətdə avtomobili idarə edən şəxsi birmənalı şəkildə sürücülük hüququndan məhrum edirlər. Hətta, Ukraynada şəxsiyyəti nəzərə alınmaqla, yəni bu hal birinci dəfə, yoxsa dəfələrlə baş verdiyi müəyyənləşdirildikdə avtomobil satılır, pulu maşın sahibinə verilə də bilər, verilməyib müsadirə də edilə bilər. Görün nə qədər sərt cəzadır. Bu gün biz cəmiyyətin inkişafının elə bir həddinə gəlib çatmışıq ki, avtomobili idarə etmək heç kimin şəxsi işi deyil. Çünki insanların, maşınların sıxlığı, yolun hərəkətinin intensivliyi elədir ki, insanların sağlamlığı ən aktual məsələdir. Yeganə respublikadır ki, Azərbaycanda yalnız cərimə tətbiq edilir. Bu yaxınlarda cəriməni artırıb 200 manata gətirib çıxardıq. 200 manat cərimə nə deməkdir?! Təbii ki, sərxoş sürücü bu cəriməni ödəmək imkanındadır. Onu sürücülük hüququndan məhrum etmək gərəkdir. Avstriya kimi ölkədə ölumun faizi 2,7 faizdir. 100 avtoqəzaya 2,7 faiz ölüm düşür.

 Azərbaycanda isə bu rəqəm 36 faizdir. Bunun da böyük əksəriyyəti sərxoş vəziyyətdə maşını idarə edən zaman baş verib. Getdikcə bu rəqəm artır. Bir neçə il bundan əvvəl ölümün faizi 33 faiz idi. Ona görə də cəzanın sərtləşdirilməsi vacibdir.
Kamil Həmzəoğlu

 





13.12.2012    çap et  çap et