525.Az

Marneulidə türk əl sənətləri sərgisinin açılışı olub


 

Marneulidə türk əl sənətləri sərgisinin açılışı olub<b style="color:red"></b> Dünən Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ənənəvi türk əl sənətləri sərgisinin açılışı olub.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneuli Gənclər Mərkəzi (MGM) və Yunis Əmrə adına Tiflis Türk Kültür Mərkəzinin birgə təşkil etdiyi sərginin açılışında Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzoyev, Türkiyənin Gürcüstandakı səfirliyinin müşaviri Bəşir İyidiker, MGM-nin koordinatoru Emin Əhmədov, Yunus Əmrə adına Tiflis Türk Kültür Mərkəzinin rəhbəri Zəkəriyyə Gültəkin, İstanbuldakı Mədəniyyət Şurası İdarə Heyətinin sədri Mətin Eriş çıxış ediblər.
 
Sərgidə türk rəssamlarından Abdullah Aydemirin, Gülçin Anmaçın, Gülsəhər Qəhramanın, Tülin Gönültaşın, Yasemin Ərigidin əl işləri nümayiş olunub.
 
Sərgidə eləcə də ebru, xəttatlıq, miniatür, miniatür rəsm sahəsində iştirakçılarla ustad dərsləri keçirilib.
 





29.05.2015    çap et  çap et