525.Az

Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başlayıb


 

Türkiyə, Azərbaycan və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri başlayıb<b style="color:red"></b>

Türkiyə, Azərbaycan və Gürcüstan silahlı qüvvələrinin xüsusi təyinatlılarının iştirakı ilə birgə hərbi təlimlər başlayıb.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin saytına istinadən verdiyi xəbərə görə, təlimlər mayın 31-də Türkiyədə başlayıb və iyunun 10-da yekunlaşacaq.

Təlimdə məqsəd iştirakçı ölkələrin xüsusi təyinatlı qüvvələri arasında dostluq, əməkdaşlıq və koordinasiyanı, birlikdə əməliyyat aparmaq bacarıqlarını inkişaf etdirmək, qarşılıqlı bilgi və təcrübə mübadiləsi həyata keçirməkdir.
 
Təlimdə Türkiyədən bir xüsusi təyinatlı bölük, iki helikopter və bir nəqliyyat təyyarəsi, Azərbaycan və Gürcüstanın hərəsindən bir xüsusi təyinatlı bölük iştirak edir.

 





01.06.2015    çap et  çap et