İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviç az əvvəl Bakıya gəlib.
Qol.Az-ın futbolxeber.az saytına istinadən yaydığı məlumata görə, isveçli forvard hazırda Heydər Əliyev adına Beynəlxalq Hava Limanındadır.
Vüqar Həsənov adlı Facebook istifadəçisi ulduz futbolçu ilə birgə çəkdirdiyi fotonu paylaşıb.
İbrahimoviçin yanında 4 nəfər var. Onlardan ikisinin əcnəbi, ikisi isə azərbaycanlı olduğu bildirilir.
Hələlik isveçlinin Bakıya gəlişinin səbəbi məlum deyil.
çap et