525.Az

Daçiç kəlbəcərli girovların azad olunması məsələsini İrəvanda qaldıracaq


 

Daçiç kəlbəcərli girovların azad olunması məsələsini İrəvanda qaldıracaq<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç İrəvanda Ermənistan tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması məsələsini qaldıracaq.

APA-nın məlumatına görə, bu barədə o, xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
 
“Nazir Elmar Məmmədyarovun həmin şəxslərin azad olunması barədə təklifini ermənistanlı həmkarıma çatdıracağam. Onunla danışıqların nəticəsini isə azərbaycanlı həmkarıma bildirəcəyəm”, - deyə ATƏT sədri qeyd edib. 

 





01.06.2015    çap et  çap et