525.Az

Prezident və xanımı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olublar


 

Prezident və xanımı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə tanış olublar<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas 2015”) ilə tanış olublar.

APA-nın xəbərinə görə, dövlət başçısı və xanımı öncə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) stendini nəzərdən keçiriblər.

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə və SOCAR prezidenti Rövnəq Abdullayev stend barədə məlumat veriblər.

Prezident və xanımı BP-nin stendinə də baş çəkiblər.

 





02.06.2015    çap et  çap et