“Zlatan İbrahimoviç Bakıya BEGOC-un yox, şəxsi dəvətlə gəlib”.
Qol.Az-ın “Report”a istinadən yaydığı xəbərə görə, bunu jurnalistlərə açıqlamasında “Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.
O, Fransa PSJ-si və İsveç millisində çıxış edən futbolçunun indiyədək BEGOC-da olmamasından təəssüfləndiyini də vurğulayıb.
çap et