525.Az

İnterpol FİFA-nın keçmiş vitse-prezidenti barəsində axtarış elan edib


 

İnterpol FİFA-nın keçmiş vitse-prezidenti barəsində axtarış elan edib<b style="color:red"></b>

İnterpol FİFA-nın keçmiş vitse-prezidenti Cek Uorner və Cənubi Amerika Futbol Konfederasiyasının keçmiş prezidenti Nikolas Leos barəsində beynəlxalq axtarış elan edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq məlumat təşkilatın saytında dərc edilib.   
 
Məlumata görə, “pulların yuyulması”, dələduzluq və pul tələb etməkdə (reket) ittiham olunan FİFA-nın keçmiş məmurları ABŞ hakimiyyəti tərəfindən axtarılır.  
 
Qeyd edək ki, ötən həftə FİFA-nın korrupsiyada ittiham olunan bir neçə yüksək vəzifəli məmuru Sürixdə həbs edilib. 

 





03.06.2015    çap et  çap et