525.Az

İngiltərə Futbol Assosiasiyası Blatterin qərarını alqışlayıb


 

İngiltərə Futbol Assosiasiyası Blatterin qərarını alqışlayıb<b style="color:red"></b> İngiltərə Futbol Assosiasiyası (İFA) Yozef Blatterin FİFA-nın prezidenti vəzifəsindən istefa vermək qərarını alqışlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İFA-nın prezidenti Qreq Daykın bəyanatında bildirilir. 
 
“Biz səslənən qərarı alqışlayırıq və bunun həm dünya futbolu həm də FİFA üçün gözəl xəbər olduğunu hesab edirik. Təşkilatda real islahatların aparılması üçün FİFA-nın yüksək menecment heyətinin dəyişməsi zəruri addım idi”, deyə bəyanatda bildirilir.    
 
“Biz isə, öz növbəmizdə, FİFA-da müsbət dəyişiklikləri dəstəkləmək üçün əlimizdən gələni etməyə hazırıq”, deyə Dayk qeyd edib. 
 





03.06.2015    çap et  çap et