525.Az

Azərbaycanda illik inflyasiya 1,2%-ə enib


 

Azərbaycanda illik inflyasiya 1,2%-ə enib<b style="color:red"></b>

Bu ilin noyabr ayı ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 11 ay ərzində keçən ilin müvafiq dövrünə nisbətən ölkədəki inflyasiyanın səviyyəsi 1,2% təşkil edib.
 
«Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri 1,9%, qeyri-ərzaq mallarının qiymətləri 0,3%, xidmət tarifləri 0,1% artıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 1%, qeyri-ərzaq mallarının qiymətləri 1,1% və xidmət tarifləri 1,3% artıb», - deyə Komitədən bildirilib.
 
Xatırladaq ki, cari ilin yanvar-oktyabr ayları ərzində ölkədəki illik inflyasiyanın səviyyəsi 1,3% təşkil edib.

 





14.12.2012    çap et  çap et