525.Az

Söyün Sadıqov: ““AzerRos”dan getmək qərarı vermişəm”


 

Söyün Sadıqov: ““AzerRos”dan getmək qərarı vermişəm”<b style="color:red"></b>

“Rusiya prezidentinin seçkiqabağı kampaniyası milli və iqtisadi blokunda iştirak etmək tapşırığı almışam. Bundan başqa, mənə Rusiya Milli Birlik Partiyasının qurultayını keçirmək və bu partiyaya rəhbərlik etmək təklif olunub”.

Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (“AzerRos” FMMM) prezidenti Söyün Sadıqov bildirib.
 
O bildirib ki, bu səbəbdən də “AzerRos”a çox vaxt ayıra bilməyəcək: “Ona görə də, bu təşkilatdan getməyimlə bağlı qərar vermişəm”.
 
S. Sadıqov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşündə iştirak etməməsi barədə yazılanlar həqiqəti əks etdirmir: “Vladimir Putinin səlahiyyətli nümayəndələri ilə görüşdə iştirak etmişəm. Hətta televiziya kanalları da məni göstərib. Rusiyanın xalq artisti Nadejda Babkina ilə yan-yana oturmuşduq”.

 





14.12.2012    çap et  çap et