Çempionlar Liqasında "Yuventus"la final matçından sonra "Barselona"dan ayrılacaq Xavi Hernandeslə vida mərasimi keçirilib.
Qol.Az-ın İspaniya mıtbuatına istinadən yaydığı xəbərə görə, mərasimdə təcrübəli oyunçunun komanda yoldaşları, baş məşqçi Luis Enrike və Kataloniya klubunun əfsanəvi futbolçusu Yohan Kroyf da iştirak edib.
Xavi vida mərasimində göz yaşlarını saxlaya bilməyib. O, "Barselona"da ona dəstək olan hər kəsə təşəkkür edib. 35 yaşlı futbolçu yenidən bu kluba qayıdacağına inandığını deyib.
Qeyd edək ki, Xavi yeni mövsümdən Qətərin "Əl-Sədd" klubunun şərəfini qoruyacaq.
Xatırladaq ki, Xavi 1997-2000-ci illərdə "Barselona"nın əvəzedici heyətində oynayıb. O, 2000-ci ildən "Barselona"nın əsas komandasında çıxış edir.
çap et