525.Az

"Yuventus" "Real"dan 40 milyon avro tələb edir


 

"Yuventus" "Real"dan 40 milyon avro tələb edir<b style="color:red"></b>

"Yuventus"un futbolçusu Arturo Vidal yeni mövsümdən "Real"da çıxış edə bilər.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin yeni baş məşqçisi Rafael Benites çilili futbolçunu komandasında görmək istəyir.

Madrid klubu Çempionlar Liqasının final matçından sonra Turin təmsilçisi ilə danışıqlara başlayacaq.

İtaliya klubu "Arsenal" və "Mançester Yunayted"in də maraq dairəsində olan 28 yaşlı futbolçunun transferi üçün 40 milyon avro tələb edir. "Kral klubu"nun Vidal üçün bu məbləği ödəyib-ödəməyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Yuventus"un heyətində 48 oyun keçirən Vidal 4 qol vurub və 8 məhsuldar ötürmə verib.

 





05.06.2015    çap et  çap et