525.Az

“Köhnə saat” beynəlxalq festivalda


 

“Köhnə saat” beynəlxalq festivalda <b style="color:red"></b>

“Köhnə saat” animasiya filmi Ukraynada “New Vision” V beynəlxalq qısametrajlı filmlər festivalında nümayiş olunub.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 9 dəqiqəlik ekran əsəri Ukrayna dilində subtitrlərlə təqdim edilib.
 
Filmə baxışda Azərbaycan səfirliyinin əməkdaşları, diaspor və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
 
Qeyd edək ki, filmin rejissoru və ssenari müəllifi Cavid Əhədov, prodüseri Fariz Əhmədovdur.

 





05.06.2015    çap et  çap et