525.Az

Kitabxana işçiləri ilə təcrübə mübadiləsi aparılıb


 

Kitabxana işçiləri ilə təcrübə mübadiləsi aparılıb<b style="color:red"></b>

Səbail Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində ixtisasını artıran rayon MKS filiallarının (Abşeron, Tovuz, Astara, Göygöl, Sabirabad, Laçın, Qax, Bərdə, Tərtər, Şabran, İmişli, Zərdab) kitabxana işçiləri ilə təcrübə mübadiləsi aparılıb.

Dinləyicilərə kitabxana-biblioqrafik xidməti, metodiki vəsaitlərin hazırlanması haqqında məlumat verilib və ALİSA avtomatlaşdırılmış kitabxana-informasiya sistemində kitabxana-biblioqrafiya proseslərinin həyata keçirilməsi qaydaları izah olunub.

S.ABDULLAYEVA

 





05.06.2015    çap et  çap et