525.Az

Hyustonda Oya Ergünlə Cəmilə Cavadova-Spitsberqin birgə konserti olub


 

Hyustonda Oya Ergünlə Cəmilə Cavadova-Spitsberqin birgə konserti olub<b style="color:red"></b>

Türkiyəli opera müğənnisi Oya Ergün dünya şöhrətli orqançı Cəmilə Cavadova-Spitsberq ilə birlikdə ABŞ-ın Hyuston şəhərində konsert verib.

Konsert şəhərin "Christ the King" lüteran kilsəsində Türkiyənin Hyustondakı Baş Konsulluğu, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası, SOCAR və Türk Hava Yollarının dəstəyilə keçirilib.

Tamaşaçıların sırasında Türkiyənin Hyustondakı baş konsulu Ferhat Alkan, Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundova, diplomatik korpusun nümayəndələri və amerikalı sakinlər olublar.

Oya Ergün internet vasitəsilə açıqlamasında 1000-dən çox tamaşaçının iştirak etdiyi konsertin anşlaqla keçdiyini bildirib.

Diqqətə çatdırıb ki, iki saat yarım davam edən konsert Los-Anceles şəhərində də olub. İfaçı bununla bağlı yaxın günlərdə mediaya məlumat verəcəyini bildirib.

 





05.06.2015    çap et  çap et