525.Az

Məşhur rəssam Sakit Məmmədov daha bir mükafata layiq görülüb


 

Məşhur rəssam Sakit Məmmədov daha bir mükafata layiq görülüb<b style="color:red"></b>

Azərbaycanın Əməkdar rəssamı, UNESCO Rəssamlar İttifaqının üzvü, Rusiya İmperator Rəssamlıq Akademiyasının fəxri akademiki, "Vətən oğlu" qızıl ordeninin, "Dədə Qorqud" mükafatının, Leonardo da Vinçi medalının, "Avropanın şərəfi" ordeninin, Rusiyanın nüfuzlu "Minilliyin adamı" mükafatının sahibi, Avropa Təbiət Elmləri Akademiyasının akademiki Sakit Məmmədov Malta Ordeninin Beynəlxalq Cəngavər-Kavalerlər İttifaqının Zabit xaçı ilə mükafatlandırılıb.

Sakit Məmmədov dünya mədəniyyətinə və incəsənətinə müstəsna töhfəsinə görə mayın 29-da Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü də seçilib. Sənətkarımız "Dünya mədəniyyətinə verdiyi töhfəyə görə" mükafatına layiq görülüb.

Təqdimetmə mərasimində Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoli Şilov Sakit Məmmədova diplom və qızıl medal təqdim edib.

 





05.06.2015    çap et  çap et