525.Az

Əsgərimiz öldü


 

Əsgərimiz öldü<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülkü Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin əsgəri bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
 
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Nərimanov rayonundan həqiqi hərbi xidmətə çağırılmış 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov bu il iyunun 5-də hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
 
Hadisə ilə əlaqədar hazırda Hərbi Prokurorluq tərəfindən istintaq aparılır.
 





06.06.2015    çap et  çap et