525.Az

"Bir nəfəsə sığışmaq" təqdim ediləcək


 

"Bir nəfəsə sığışmaq" təqdim ediləcək <b style="color:red"></b> "Facebook"dakı "Kitabsevərlər" qrupu və "Bakumoz" kitab mərkəzinin birgə təşkilatçılığı ilə gənc şairlərin şeirlərindən ibarət "Bir nəfəsə sığışmaq" antologiyası işıq üzü görüb.

525.az-ın məlumatına görə, 30 müəllifin toplam 111 şeirindən ibarət olan antologiyanın təqdimatı 7 iyun saat 14:00-da "Bakumoz" kitab evində baş tutacaq.

Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 4 manatdır.

Bundan başqa xatırladaq ki, sözügedən qrup oxşar layihələr çərçivəsində 5 kitabı artıq oxucuların ixtiyarına verib.

Cavid QƏDİR
 





06.06.2015    çap et  çap et