525.Az

Cəzaçəkmə müəssisələrində buraxılış imtahanları


 

Cəzaçəkmə müəssisələrində buraxılış imtahanları <b style="color:red"></b> Ədliyyə Nazirliyi Penitensiar Xidmətin tabeliyindəki 1, 2, 7, 10, 11 saylı cəzaçəkmə müəssisələrində və Tərbiyə müəssisəsində fəaliyyət göstərən xüsusi ümumtəhsil məktəblərində Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2014-2015 tədris ilinin yekunları ilə bağlı buraxılış imtahanları keçirilib.
 
Bu barədə  APA-ya Penitensiar Xidmətdən məlumat verilib.
 
Həmin müəssisələrdə fəaliyyət göstərən Təhsil Nazirliyinin 2, 20, 45, 82, 103 və 115 saylı xüsusi ümumtəhsil məktəblərinin 9 və 11-ci sinif şagirdləri müvafiq şəhadətnamə və attestatlara layiq görülmələri məqsədi ilə əldə etdikləri bilikləri nümayiş etdiriblər.
 





06.06.2015    çap et  çap et