525.Az

İbrahim Tatlısəs yaddaşını itirir


 

İbrahim Tatlısəs yaddaşını itirir<b style="color:red"></b>

Türkiyə musiqisinin imperatoru sayılan İbrahim Tatlısəs 2011-ci ildə aldığı güllə xəsarətinin fəsadlarını bu gün də yaşamaqdadır.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəmadi olaraq ABŞ-da müalicə olunan müğənni get-gedə yaddaşını itirməkdədir. Belə ki, 2011-ci ildə başına dəyən güllə beynini zədələməklə yaddaş sisteminə də ciddi zərbə vurub.
 
Hazırda İ.Tatlısəs heç bir mahnısının sözlərini xatırlamır.

Qeyd edək ki, müğənni güllə ilə vurulduğu ildə yaddaşını tam itirsə də, sonradan yaddaşı həkimlər tərəfindən bərpa edilmişdi.

 





08.06.2015    çap et  çap et