525.Az

SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib


 

SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib<b style="color:red"></b> Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey" "Petkim Petrokimya Holding A.Ş."də sahib olduğu səhmləri satmaq fikrindən daşınıb.
 
"APA-Economics"in "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Fond Birjasının xəbər platformasında yer alan xəbərdə bildirilir.
 
Məlumatda qeyd edilir ki, şirkət bu addımı maliyyə bazarlarındakı qeyri-müəyyənliklər səbəbindən atıb.
 
Qeyd edək ki, bir müddət əvvəl holdinqin səhmlərinin 1,6%-nin "BCM Global Fund" şirkətinə satılacağı ilə bağlı elan verilib.
 





08.06.2015    çap et  çap et