525.Az

Prezidentdən Davudoğluna təbrik


 

Prezidentdən Davudoğluna təbrik<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə baş naziri Əhməd Davudoğluna telefonla zəng edib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti Ə. Davudoğluna rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının parlament seçkilərində qələbəsi münasibəti ilə təbriklərini çatdırıb.
 
Türkiyə baş naziri göstərilən diqqətə və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
 
İ. Əliyev və Ə. Davudoğlu ölkələrimiz arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

 





08.06.2015    çap et  çap et