525.Az

"Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək"


 

"Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyi ləğv edilməyəcək"<b style="color:red"></b> Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilməyəcəklər.
 
APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, FİFA-nın  bəyanatında belə deyilir.
 
“FİFA Rusiya və Qətərin Dünya Kubokuna ev sahibliyinin ləğv edilməsinə əsas görmür. Hər iki ölkə FİFA-nın İcraiyyə Komitəsində demokratik səsvermə yolu ilə seçilib.

Mövcud ekspert rəyləri və faktlara söykənərək bildiririk ki,  FIFA-nın Rusiya və Qətəri  Dünya Kubokuna ev sahibliyindən məhrum etməyə heç bir hüquqi əsası yoxdur" – bəyanatda deyilir.
 
Qeyd edək ki, bundan əvvəl FİFA rəsmisi Domeniko Skala bəyan etmişdi ki, korrupsiya halları sübuta yetirilərsə, Rusiya və Qətər 2018 və 2022-ci illərdə ev sahibliyi edəcəkləri dünya çempionatından məhrum edilə bilərlər.
 





09.06.2015    çap et  çap et