525.Az

“Apple” yeni musiqi servisi nümayiş etdirib


 

“Apple” yeni musiqi servisi nümayiş etdirib<b style="color:red"></b> ABŞ-ın “Apple” şirkəti "AppleMusic” adlanan yeni musiqi servisinin təqdimatını keçirib.
 
525.az-ın RYTN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimatda şirkət nümayəndələri bildirib ki, “AppleMusic” özündə axınlı (streaming) servis, onlayn musiqi mağazası və sosial şəbəkə funksiyalarını birləşdirəcək. 
 
Bununla servis istifadəçiyə internetdə eyni anda radiostansiyaları və ya ayrı-ayrı musiqi parçalarını pulsuz dinləmək, xoşa gəlinən kompozisiyaları almaq və öz musiqi uğurlarını paylaşmaq imkanı verəcək.
 
İstifadəyə verilməsi iyunun 30-na planlaşdırılan servisə aylıq abunə haqqı 10 dollar təşkil edəcək və ilk üç ay pulsuz olacaq. “AppleMusic” yaradıcıları qeyd edir ki, servis “Windows” və “Android” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğularla uyğunluq təşkil edir, - “BBC ” yazır. 
 





09.06.2015    çap et  çap et