525.Az

ABŞ matəm içində (Təfərrüat yenilənib, Fotolar)


 

ABŞ matəm içində<b style="color:red"> (Təfərrüat yenilənib, Fotolar)</b> ABŞ-da baş verən faciədən sonra bütün ölkə yas içindədir.

525.az-ın xarici mediaya istinadən verdiyi məlumta görə, 20 yaşlı Adam Lansa ölkənin ən perspektivli şirkətlərindən olan Pepsi və İBM-də işləyib. Varlı bir məhəllədə anası ilə birgə yaşayan Lansanın valideynləri 4 il əvvəl boşanıblar, özündən böyük bir qardaşı var. Rayan Lansanın hadisənin təşkilatçısı olduğundan şübhələnilir.
 
Rayan Lansa

O da ABŞ-ın ən böyük şirkətlərindən olan "Ernst and Young"da işləyir. Hadisəylə bağlı araşdırmalar davam edir, qatil heç bir sübut saxlamadığı üçün hələ ki, hadisəylə bağlı bir nəfər saxlanılıb. Verisyalar arsında onun tək olmadığını bildirən dəlillər də var. Qardaşı Adam Lansanın ünisyyət problemləri olduğunu bildirib.

Adam Lansa universiteti fərqlənmə ilə bitirmiş, məhəllədə heç kimin şikayət etmədiyi, hətta Facebook profili olmayan bir gənc imiş.

Adam Lansa

20 uşağı və 6 məktəb işçisini öldürən Lansanın peşəkar atıcılar kimi davrandığını deyirlər. Qəribəsi budur ki, onun istifadə etdiyi silahlar anasının adına qeydiyyatdan keçib.

Amerika mətbuatı isə müxtəlif versiyalar və şayiələr yazır:

"Ağıl xəstəsiydi", "Anasına əsəbləşib", "Məktəbdə sevdiyi qızdan rədd cavabı alıb", "Məktəbdən qisas aldı" və s.

ABC Adam Lansanın şəklinin ardından anasının da şəklini taparaq yayımlayıb.


 
Hazırda hadisə baş verən 28 min əhalisi olan Nyutaun şəhərində insanlar matəm və anım mərasimlərini davam etdirirlər.

Bu şəkildə isə qurbanları yad edən qadın şam tapmadığı üçün telefonundan istifadə edib.

 





16.12.2012    çap et  çap et