525.Az

Allahı aradın sən...


 

Allahı aradın sən...<b style="color:red"></b>

90-ına gedən Mayıs Yanardağ ömrün hansısa hədəfini axtarmır. O,
heç həmin hədəfi də məqsəd kimi görmür, "olsa-olsa vasitədir" qənaəti də onunkudur.
 
Elə bu şeir də onun - ömrün yetkinlik çağında belə suallarına cavab axtaran insanın ümidinə boy vermək üçün yarandı. Lakin bu, ölüm qorxusu altında Qubadlıdan Bakıya məcburi köçkün kimi gələn, işğal altındakı kəndlərinə uzaqdan belə baxmaq imkanı olmayan müdrik adama hansısa təskinlik verəcəkmi? Bilmirəm.
           
Sən azman oğluydun azman dağların,
Harda olmalıydın, harda dağ oldun!
Murxuz dərdlərini Həkəri yudu,
Apardı, Xəzərdə Yanardağ oldun.
Keçdi gözlərimin önündən sənin,
Dikdir yamaclarda yol axtarmağın.
Bəxtin-qismətin yox, gəzirmiş səni,
Vətəndə çəkməli qəriblik dağın.

Səni sındırmadı namərd zərbəsi,
"Namərdin işi bu" - deyib dikəldın.
Keçib cığırları, çıxdın yoluna,
Hara getməliydin, gör hara gəldin.

Yağı yağmaladı ev-eşiyini
O, dünya malıydı, dərd eləmədin.
Təzədən geriyə qayıtmaq üçün,
 Ümid işartısı şəhərə gəldin.
Dağların havası aranda olmaz,
Qurumuş dodağın suya tamarzı.
Sıxıldın, gözlərdə kədər görmədin:
Hamısı laqeyd, özündənrazı.

Məlhəm qoymadılar yaralarına,
Nadanlar söz ilə ora duz atdı.
Beləcə başladı axtarışların,
Suallar beləcə qəhər yaratdı.

Dağlar sultanıydın, donuq şəhərdə
Nə sultan aradın, nə şah aradın.
Bilmirəm, deyirsən, nə axtarıram?
Bilirəm: Haqq gəzdin, Allah aradın!

FİRUZ
24 may 2015-ci il

 





09.06.2015    çap et  çap et