525.Az
Ticarət Mərkəzinin yaxınlığında yanğın
Abşeron rayonunda yanğın olub.
525.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Bakı-Sumqayıt şosesində yerləşən “Ər-Riyad” Ticarət Mərkəzinin yaxınlığında qeydə alınıb.
Yanğın nəticəsində 30 kvadratmetr sahədə quru ot və məişət tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
09.06.2015
çap et