525.Az

2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun təsdiqlənib


 

2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun təsdiqlənib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanunu təsdiqləyib.

APA-nın məlumatına görə, 2014-cü il dövlət büdcəsinin icrası gəlirlər 18 400 565,2 min manat, xərclər 18 709 000,0 min manat məbləğində olmaqla, təsdiq edilib.
 
Qeyd edək ki, 2014-cü il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq (sərbəst qalıq) 2015-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin ödənilməsinə yönəldiləcək.

 





09.06.2015    çap et  çap et