525.Az

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib


 

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Anibal Kavaku Silvanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
 

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
 
“Hörmətli cənab Prezident, Ölkənizin milli bayramı – Portuqaliya günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
 
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Portuqaliya xalqına daim sülh və firavanlıq diləyirəm”.
 





09.06.2015    çap et  çap et