525.Az

FİFA-da prezident seçkilərinin vaxtı məlum olub


 

FİFA-da prezident seçkilərinin vaxtı məlum olub<b style="color:red"></b> FİFA prezidentliyinə növbədənkənar seçkilərin tarixi məlum olub.

Apasport.az saytının məlumatına görə, ali futbol qurumu dekabrın 16-da Sürixdə yeni prezidentini seçəcək.
 
Əslində, prezident seçkilərinin tarixi gələn ay açıqlanmalı idi. Lakin daha sonra məhz dekabrda konqresin yığılması və yeni prezidenti seçməsi qərara alınıb.
 
Qeyd edək ki, mayın 29-da baş tutan konqresdə 5-ci dəfə FİFA prezidenti seçilən Yozef Blatter iyunun 2-də gözlənilmədən istefa verdiyini açıqlamışdı. O, yeni prezidentin seçilməsi üçün növbədənkənar iclas keçirilməsini tələb etmişdi. Ali futbol qurumu isə seçki gününə qədər Blatterin vəzifəsində qalmasını qərara almışdı.
 





10.06.2015    çap et  çap et