525.Az

Azərbaycanın Belarusdan aldığı silahların siyahısı açıqlanıb


 

Azərbaycanın Belarusdan aldığı silahların siyahısı açıqlanıb<b style="color:red"></b>

Belarusun silah satdığı ölkələrin adları açıqlanıb.

APA-nın “udf.by” saytına istinadən verdiyi məlumata görə, bu ölkələr sırasında Azərbaycanın da adı var.
 
Silahların ixracına dair BMT-nin Xüsusi Reyestrinə əsasən, Azərbaycan 2005-ci ildə Belarusdan 19 T-72 tankı, 2006-cı ildə 41 T-72 tankı, 2008-ci ildə üç “Pion” özüyeriyən artilleriya qurğusu, 2009-cu ildə 5 SU-25 təyyarəsi və doqquz “Pion”, 2010-cu ildə Su-25 təyyarəsi və “Pion” qurğusu, 2011-ci ildə 31 T-72 tankı, artilleriya qurğusu, 4 SU-25 təyyarəsi, 2012-ci ildə isə 62 ədəd T-72 tankı və Su-25 təyyarəsi alıb.

 





10.06.2015    çap et  çap et